Ərzaqlar:

4 st düyü

300 q bişmiş qiymə (soğan, duz və istiot vurulub yağda bişmiş)

1 böyük dəstə şüyüd

1 ədəd nar

4 x.q əridilmiş kərə yağı

Duz

Zəfəran (zövqə görə)

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

(İstədiyiniz qazmağı hazırlaya bilərsiniz)

Hazırlanması:

Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.

Düyünü yuyub duzlu suda yarı hazır bişiririk. Hazır oldusda aşsüzəndə süzürük və üstünə zəfəran suyu tökürük.

Süzülmüş düyünü şüyüd ilə qarışdırırıq.


Aşı dəmə qoyacağımız qazanda az yağı qaynar istidib içinə şüyüdlü düyüdən töküb yumurta ilə qatığı qarışdırıb düyünün üstünə əlavə edib qazanda qarışdırıb qazanın dibinə qalınlığı 1 sm yayırıq.

Sonra qalan düyünün üstünə bişmiş qiyməni əlavə edib yenidən qarışdırırıq. (yağ da töküb qarışdırırıq ya da yağı üstündən tökürük)


Qarışığı hazırladığımız qazmağın üstünə əlavə edirik.

Yağ töküb qazanın qapağını dəsmala büküb qazanın ağzına qoyub aşı 1 saatlıq vam odda dəm almağa qoyuruq.(Qazanın altına dəmir ya da çuğun tava qoyuruq)

Dəm almış plovu qaba təpəcik şəklində yığıb üstünə qaynar yağ töküb qazmaq və dənələnmiş narla bəzəyib süfrəyə veririk. Plovun yanında zövqə görə süfrəyə qatıq və turşu verilir.

Nuş olsun!

Comments

comments