Ərzaqlar:
4 st düyü
1 kq ət
5 ədəd baş soğan
9-10 ədəd albuxara
6-7 ədəd alça turşusu
4 x.q yağ
Zəfəran
Duz
Istiot
Qazmaq üçün:
İstədiyiniz növ qazmaq hazırlaya bilərsiniz.
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Düyünü yuyub islağa qoyub. Adi qaydada duzlu suda bişirib süzürük.
Qazanın dibinə az yağ töküb istidib yumurta ilə qatığı çalıb düyüdən də az əlavə edib qarışdırıb qazanın dibinə yayırıq.
Qalan düyünün üstünə zəfəran suyu əlavə edirik və qazana yığırıq.
Yığılan düyünün üstünə yağ töküb vam odda 1 saat dəm almağa qoyuruq. (Qazanın qapağına dəsmal qoyuruq. Plov dəm alanda suyu dəsmal özünə çəkir)
Xırda tikələrə doğranmış əti suda qaynadırıq. Əvvəl kəfini yığırıq. Sonra az duz əlavə edib bişiririk. Bişdikdən sonra kənara qoyuruq. Soğanın qabığını soyub yuyub yandan nazik doğrayırıq.
Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Qovrulmuş soğanın üstünə əti töküb 5-10 dəqiqə qovururuq.
Sonra alça ilə albuxaranı yuyub ətin üstünə əlavə edirik.
Ətin suyundan az töküb vam odda bişməyə qoyuruq. Hazır olmağa 5-10 dəqiqə qalmış yeməyə zəfəran suyu,duz və istiot tökürük.
Plovu qaba çəkib üstünə qazmaq qoyub qaynar yağ tökürük. Turşulu ət qovurmanı ayrı qaba çəkib düyünün yanında süfrəyə veririk.
Nuş olsun!