Ərzaqlar:
2 ədəd pomidor
2 ədəd yumurta
100 q sarı bərk pendir
1 diş sarımsaq
Balaca dəstə göy soğan
Balaca dəstə şüyüd
Mayonez
Duz
Balaca banka çipsi
Zeytun bəzək üçün
Hazırlanması:
Yumurtanı suda bişirib soyuduqdan sonra təmizləyib xırda doğrayırıq.
Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.
Pomidorun içini çıxardıb yan hissələrini xırda doğrayırıq.
Pendiri sürtgəcin gözündən keçiririk.
Sarımsağı əzirik.
Dərin bir qabda sarımsaq, pendir, pomidor, göyərtiləri töküb qarışdırırıq.
Duz və mayonez əlavə edib qarışdırırıq.
Qarışığı çipslərin üstünə yığıb zeytun ilə bəzəyib süfrəyə veririk.
Bu qəlyan altını hazırlayan kimi sefrəyə vermək lazımdır ki, qalan kimi cipslər yumşalır öz dadını itirir. Ya da salatını əvvəlcədən hazırlayıb süfrəyə verdikdə cipslərin üstünə yığa bilərsiniz.
Nuş olsun!