Türk mətbəxi
Ərzaqlar:
1 st apra şəhriyyə
2 st su
2 x.q əridilmiş kərə yağı
Duz
Hazırlanması:
Yağı bir qazana töküb qızdırırıq. Şəhriyyənin yarısını qazana töküb dayanmadan qarışdırıb qızaranadək qovururuq.
Sonra qalan şəhriyyəni əlavə edib qarışdırıb qaynar suyu əlavə edirik.
Zövqə görə duzunu da töküb yeməyi bişməyə qoyuruq. Əvvəl normaldan az odda qoyuruq.
Suyu çəkildirdə qazanın altına dəmir qoyub 15 dəqiqə vam odda dəm almağa qoyuruq.
Yeməyimiz hazırdır. Arpa şəhriyyə plovunu istədiyiniz xuruşlarla süfrəyə verə bilərsiniz.
Nuş olsun!