Ərzaqlar:
1 kq çəkilmiş qoyun ya mal əti
100 q qaysı
100 q alça turçusu
2 ədəd orta baş soğan
1 böyük dəstə cəfəri
2 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Plov üçün:
4 st uzun düyü
3-4 x.q əridilmiş kərə yağı
Duz
Sarıkök ya zəfəran
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Ət ilə baş soğanı ət maşınından keçiririk. Duz istiot vurub yaxşı qarışdırırıq.
Cəfərini təmizləyib yuyub xırda doğrayırıq. (İstəsəniz cəfərini döyəcələyib suyunu sıxıb götürüb yemək hazır olmağa az qalmış əlavə edə bilərsiniz)
Tavada yağı qızdırıb çəfərini töküb qovururuq.
Cəfəri az öldükdə yuyulmuş qaysı ilə alçanı əlavə edib 2-3 dəqiqə qarışdırıb qovururuq.
Sonra üzünə çıxanadək su tökürük. Duz əlavə edirik.
Qarışdırdığımız ətdən xırda küftəciklər hazırlayıb yeməyə əlavə edirik.
Turşu kabab hazır olmağa az qalmış dadına baxıb duz və istiotuna əlavə edirik. Arada qarışdırırıq.Yağa düşdükdə hazır olacaq.
Plovu hazırlamaq üçün adi qaydada duzlu suda düyünü bişirib süzürük.
Plovu dəmə qoyacağımız qazana az yağ töküb qızdırırıq.
Qatıq ilə yumurtanı çalıb düyüdən də az töküb qarışdırıb qazanın dibinə qalınlığı 1 sm yayırıq.
Sonra qalan düyünün yarısını tökürük. Qalan yarısına isə dəmlənmiş zəfəran şirəsi ya da sarıkok töküb qarışdırıb qazana yığırıq.
Düyünün üstünə yağ töküb qazanın qapağına dəsmal qoyub örtüb vam odda dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.
Plov dəm alanda buluda çəkib üstünə qaynar yağ töküb qazmaqla bəzəyirik.
Turşu kababı başqa qabda plovun qanında süfrəyə verilir.
Nuş olsun!