Ərzaqlar:
500 q mal ya da qoyun əti
4 st uzun düyü
4-5 x.q əridilmiş kərə yağı
3 ədəd baş soğan
7-8 ədəd alça turşusu
Sarıkök ya da zəfəran
Duz
Istiot
Qazmaq üçün:
1 ədəd yumurta
3 x.q qatıq
Hazırlanması:
Düyünü yuyub suda qoyuruq.
Doğranmış əti suda bişiririk. Su qaynamağa başlayanda kəfini alırıq. Bişməyə az qalmış duz tökürük.
Soğanın qabığını siyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.
Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Əti sudan çıxarıb qovrulmuş soğanın üstünə töküb 2-3 dəqiqə qovururuq. Sarıkök əlavə edirik.
Alça turşusnu yuduqdan sonra onu da əlav edirik. Ətin suyundan az töküb bişməyə qoyuruq. Duz istiotunu da əlavə edirik.
Suyu çəkilib yağa düşdükdə hazır olacaq.
Adi qaydada duzlu suda düyünü bişirib süzürük.
Qazana az yağ töküb qızdırırıq.
Üstünə az düyüdən və çalınmış yumurta ilə qatıq qarışığını töküb qarışdırıb qalınlığı 1 sm olmaqla qazanın dibinə yayırıq.
Düyünün yarısını tökürük. Qalan yarısına sarıkök ya da zəfəran şirəsi töküb qazana yığırıq. Yağ əlavə edib aşı 45 dəqiqə -1 saat dəmə qoyuruq.
Plov dəm aldıqda qaba təpəcik şəklində yığıb üstünü qazmaqla bəzəyib qaynar yağ tökürük. Qovurmanı isə başqa qabda süfrəyə veririk.
Nuş olsun!