Ərzaqlar:1 ədəd toyuq, 4 st uzun düyü, 3 ədəd baş soğan, 4-5 x.q əridilmiş kərə yağı, 1 ədəd nar, 200-250 q təmizlənmiş şabalıd, 1/2 (yarım) st kişmiş, 6-7 ədəd qaysı, sarıkök ya da zəfəran, duz, istiot

Qazmaq üçün:1 st un, bir çimdik duz, 2 x.q xama, 3 x.q əridilmiş kərə yağı

Hazırlanması:

Qazmaq üçün una duz, xama və yağ əlavə edib xəmiri yoğururuq.Toyuğu təmizləyib yuyub duzlu suda yarı hazır olanadək bişiririk.Kişmişi, qaysını və şabalıdı təmizləyib yuyuruq.Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.Soğana yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.Qovrulmuş soğana əvəl şabalıdı əlavə edib düz səpib 2-3 dəqiqə qovururuq. Sonra qaysi ilə kişmişi töküb yenə 3-5 dəqiqə vam odda qovururuq.Nar dənəsini soğanlı qovurmaya töküb qarışdırırıq.Toyuğu sudan çıxarıb az duz və isriotlayıb hazırladığımız soğanlı qovurmanı toyuğun içinə doldururuq.Adi qydada düyünü duzlu suda bişirib süzürük. Üstünə zəfəran suyu ya da sarıkök səpirik.Hazırladığımız xəmiri oxlovla 0,5 mm qalınlıqda yayırıq.Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik. Sonra yayılmış yuxanı qazanın dibinə yerləşdiririk. Xəmiri stəkanın ağızı ilə kəsirik. İstədiyiniz formada fiqurlar kəsə bilərsiniz.Xəmirin üstünə düyüdən az tökürük.İçi doldurulmuş toyuğu düyünün üstünə qoyuruq.Əgər içlikdən qalıbsa toyuğun üstünə tökürük.Qalan düyünü toyuğun üstünə tökürük. Yağ töküb qazanın qapağına dəsmal qoyub plovu vam odda dəm almağa qoyuruq. Plov bir saata dəm alacaq.Plov dəm aldıqdan sonra düyünü təpəçik şəklində qaba yığıb üstünə toyuğu qoyub, yağ töküb qazmaq qoyub bəzəyib süfrəyə veririk.

Nuş olsun!

nardança necə hazırlanır, nardanca plov, nardança plov hazırlamaq, nardançalı, nardancali plov, 

Comments

comments