
Ərzaqlar:
Şamı üçün:

500 q qoyun ya da mal əti
2 x.q əridilmiş kərə yağı
1 ədəd baş soğan
1 ç.q un
1 ədəd yumurta (balaca olsa 2 ədəd)
1 ç.q sumax
Duz
Istiot
Plov üçün:
4 st düyü
2 x.q əridilmiş kərə yağı
1/2 ç.q sarıkök (ya da zəfəran)
Duz
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Şamını bişirmək üçün baxa bilərsiniz: [url=http://resept.az/Sami-7752.html]Şamı[/url]
Adi qayda ilə düyünü bişirib süzürük. Düyüyə sarıkök (zəfəran) tökürük.

Qazana az yağ töküb qızdırırıq.

Yumurta ilə qatığı çalıb qazana tökürük. Düyüdən də töküb qarışdırıb qalınlığı 1 sm olmaqla yayırıq.

Qalan düyünü qazmağın üstünə töküb yağ əlavə edib aşı vam odda dəm almağa qoyuruq.

Aş 1 saata dəm alacaq. Düyünü təpəçik şəklində yığıb üstünə qaynar yağ töküb qazmaq qoyub şamı ilə bəzəyirik.

Nuş olsun!






























