Ərzaqlar:

4 st düyü

500 q ət

500 q təmizlənmiş şabalıd

1/2 st kişmiş

6-7 ədəd xurma

6-7 ədəd qaysı

6-7 ədəd albuxara

3-4 x.q əridilmiş kərə yağı

1/2 ç.q sarıkök ya da zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Düyünü yuyub suya qoyuruq.

Xırda doğranmış əti yuyub üstünə duz və istiot səpib qarışdırırıq.

Kişmişi, qaysını, xurmanı və albuxaranı yuyuruq. Bir tavada üstünə əridilmiş kərə yağından töküb az qovururuq.

Təmizlənmiş şabalıdı tavaya töküb üstünə duz səpib yağ töküb az qovururuq.

Düyünü adi qaydada bişirib süzürük. Üstünə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.

Qazana az yağ töküb qızdırırıq.

Qatıq ilə yumurtanı qarışdırıb az düyü də əlavə edib qazanın dibində qalınlığı 1 sm olan qazmaq düzəldirik. Üstünə az adi düyüdən tökürük.

Əti düyünün üstünə yığırıq.

Ətin üstünə qovurduğumuş şabalıd və kişmiş qarışığını tökürük.

Üstünə tənzif ya da qab qoyuruq.

Qalan düyünü də üstünə töküb yağ verib dəm almağa qoyuruq.

Qazanın qapağına dəsmal qoyub aşı 2-2,5 saat vam odda dəm almağa qoyuruq.

Plovu qaba təpəcik şəklində yığıb ortasına əti kənarlarına kişmiş, şabalıd,albuxara, qaysı, xurma və qazmaq düzüb yağ töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments