Ərzaqlar:

1 st arpa yarması

2 st süd

1-1,5 st su

30 q kərə yağı

4-5 x.q şəkər tozu

Bir çimdik duz

Hazırlanması:

Arpa yarmasını axşamdan təmizləyib yuyub suda islağa qoyuruq.

Arpa yarmasının üstünə südü, suyu, duzu və şəkər tozunu əlavə edib bişiririk.

30 dəqiqə dayanmadan qarışdırıb bişiririk.

Sıyıq hazır olduqda üstünə kərə yağını əridib töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments