Ərzaqlar:
1 st lobya
1/2 st qoz ləpəsi
2 ədəd baş soğan
1-2 diş sarımsaq
3-4 x.q zeytun yağı
1 ədəd nar
Duz
Istiot
Hazırlanması:
Axşamdan lobyanı suda islağa qoyuruq. Sonra yuyub suda bişiririk.
Soğanın və sarımsağın qabığını soyub yuduqdan sonra doğrayırıq.
Yağda qızılı rəngdə olanadək qovururuq.
Qozu xırda doğrayırıq. Ya da ət maşınından keçiririk.
Bişmiş lobyanı və soğanı ət maşınından keçiririk.
Üstünə doğranmış qozu, duzu və istiotu əlavə edib qarışdırırıq.
Lobya əzməsini süfrəyə verdikdə üstünü nar dənələri ilə bəzəyirik.
Nuş olsun!