Latınca adı "spinacia" olan ispanaq pəncərkimilər fəsiləsinə aid bitkidir. Min illər ərzində ev təsərrüfatlarında yetişdirilən bu bitki minerallar və zülal baxımından çox zəngindir:
A, C, E və B qrupu vitaminləri, dəmir, maqnezium, fosfor və yod. Bu baxımdan "vitaminli tərəvəz" adlandırılır. Dəmir çatışmazlığının ən güclü dərmanıdır. Həkimlər iddia edirlər ki, bu bitki bədənin dayanıqlığını artırır və qüvvət verir, yorğunluğu aradan götürür. Kalori dəyəri az olduğu üçün kökəltmir, əvəzində zehni qüvvətləndirir.
Bu tərəvəz bitkisinin adı bizə çox yaxşı tanışdır. İlin bütün fəsillərində ondan hazırlanmış dietik yeməklər damaq zövqümüzü oxşayır. Bəlkə iştahamızı artırmaq üçün bir neçəsini xatırlayaq? Qaymaqlı ispanaq şorbası, pendirli-qozlu ispanaq salatı, qozlu kükü, turşməzə dovğa və təbii ki, yumurta ilə qovrularaq bəh-bəhlə yediyimiz ispanaq çığırtması….
İspanağın mətbəx əhəmiyyəti haqda bu qədər, indi isə insan sağlamlığına faydaları və təsərrüfat əhəmiyyəti haqqında danışaq.
İnsan sağlamlığına faydaları
Latınca adı "spinacia" olan ispanaq pəncərkimilər fəsiləsinə aid bitkidir. Min illər ərzində ev təsərrüfatlarında yetişdirilən bu bitki minerallar və zülal baxımından çox zəngindir: A, C, E və B qrupu vitaminləri, dəmir, maqnezium, fosfor və yod. Bu baxımdan "vitaminli tərəvəz" adlandırılır. Dəmir çatışmazlığının ən güclü dərmanıdır. Həkimlər iddia edirlər ki, bu bitki bədənin dayanıqlığını artırır və qüvvət verir, yorğunluğu aradan götürür. Kalori dəyəri az olduğu üçün kökəltmir, əvəzində zehni qüvvətləndirir. Lap qədimlərdən inanırlar ki, ispanaq qansızlığa qarşı ən yaxşı çarədir, o cümlədən xərçəng, ürək-damar xəstəlikləri, soyuqdəymə zamanı faydalıdır. Eləcə də, təzyiq, iflic və zəif görməyə qarşı yaxşı vasitədir, hamilə qadınlara güc verir, sinirləri sakitləşdirir, həzmi asanlaşdırır. Sidikqovucu xassəyə malikdir, babasilə qarşı faydalıdır. Sümükləri və dişləri gücləndirir, xolesterolu salır, şəkər xəstələrinə müsbət təsir göstərir. İspanağı qaynadıb suyunu içmək bədənə qüvvət və dinclik verir. Müasir ölkələrdə kosmetologiyada geniş istifadə edilir, ispanaq isti südə batırılıb üzə və boyuna maska kimi qoyulur. Belə maskalar sızanaqları aradan qaldırır.