Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:

3 st uzun düyü

100 q pendir

2-3 x.q əridilmiş kərə yağı

Duz

İçlik:

500 qr suda bişmiş xırda doğranmış qoyun əti (mal əti də olar)

3 ədəd baş soğan

4-5 dəstə göyərti (kəvər, keşniş, şüyüd, cəfəri, nanə, ispanaq)

4-5 ədəd alça turşusu

2 x.əridilmiş kərə yağı

Duz

İstiot

Hazırlanması:

İçliyi hazırlamaq üçün bax: [url=http://resept.az/Etli-sebze-qovurma-1129.html]Ətli səbzə qovurma[/url]

Pendiri sürtgəcdən keçiririk.

Düyünü suda adi qaydada bişirib süzürük.

Qabı yağlayıb düyünün yarısını qaba tökürük. Qabda düyünü yağlayıb yayırıq.

Düyünün üstünə səbzə qovurmanı tökürük və bərabər yayırıq.

Qalan düyünü səbzə qovurmanın üstünə tökürük və yağlayırıq.

Düyünün üstünə pendiri səpirik.

200-220 dərəcədə qızdırılmış sobada dəm almağa qoyuruq. Üzü qızaranda götürürük.

Nuş olsun!

Comments

comments