Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:

4 st uzun düyü

1 kq qiymə – bax: [url=http://resept.az/Qiymenin-hazirlanmasi-1632.html]Qiymənin hazırlanması[/url]

500 q təmizlənmiş şabalıd

4 x.q əridilmiş kərə yağı

1/2 st kişmiş

10-15 ədəd zoğal (təzə ya da qurusu)

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q  qatıq

Hazırlanması:

Zəfəranı bir stəkana töküb üstünə isti su töküb ağzını örtürük dəm alsın.

Şabalıdın qabıqlarını təmizləyirik. Bax: [url=http://resept.az/Sabalidin-temizlenmesi-2818.html]Şabalıdın təmizlənməsi[/url] Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.

Tavaya yağ əlavə edib kişmişi qovururuq.

Zoğalı yağda az qovururuq.

Şabalıdı, kişmişi,qiyməni və zoğalı qarışdırıb üstünə duz töküb, az bulyon ya da su əlavə edib vam odda dəm almağa qoyuruq.

Suyu çəkilib yağa düşəndə götürürük.

Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.

Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın.

Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.

Qazmağı hazırlayırıq.Qatıq ilə yumurtanı çalırıq.

Bişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə yayıb tarazlayırıq.

Qalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq.

Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı.

Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə qiymə qarışığı, qazmaq qoyulur və yağ tökülür.

Nuş olsun!

Comments

comments