Əziz dostlar!
Sizi “Resept.az” saytında salamlamaqdan məmnunluq duyuruq. Siz burada çox sayda maraqlı, sadə və əlçatan reseptlər, yeməklərin bəzədilməsi ideyaları və s. məlumatları tapa bilərsiniz. Vaxt keçdikcə çalışacağıq ki, saytımız daha da zəngin və maraqlı olsun.
Saytda yerləşdirilmiş reseptlər əsasən əlçatan mənbələrdən götürülüb: çap materiallar (kitablar, jurnallar, qəzetlər), kulinar verilişləri, internet və həmçinin doğmalar, dostlar, tanışlardan və təbii ki, öz adət ənənəmizə uyğun olaraq evdə bişirdiklərimizdən. Bundan başqa bir də mənim öz icadlarımdan.
Saytı yaratmaqda məqsədlərimdən biri budur ki, respublikamızın bütün zonaları üzrə Azərbaycan mətbəxinin gözəl təamlarının internet səhifəsində bazasını yaradaq. Bu işdə sizlər mənə kömək edə bilərsiniz. Hər zonanın, hər rayonun, hər kəndin və kəndə olan hər bir evin öz fərqli mətbəxi var. Sizlər də evdə milli yeməklərimizdən və şirniyyatlarımızdan bişirib şəkilləri ilə birgə reseptini bizə göndərin və sizin öz adınızdan saytımıza yerləşdirək.
Digər bir məqsədim də budur ki, tez başa gələn praktik yeməkləri bişirək sizlərlə bölüşək və eyni zamanda dünya mətbəxindən də reseptlər hazırlayaq.
Biz başqalarına məxsus mətnləri və şəkilləri köçürmürük. Göndərilən reseptlər və şəkillər göndərən adamın adını çəkməklə dərc edilir.
Biz “resept.az”-ı bir reseptlər toplusundan çox, qadınlarımız üçün ünsiyyət platforması olaraq görürük. Həm saytda, həm Facebook səhifəmizdə, hətta Twitter profilimizdə sizinlə yalnız faydalı məlumatları paylaşmaq üçün yox, eyni zamanda sizin fikirlərinizi, reseptlərinizi, maraqlı məlumatlarınızı dərc etmək, qadınlarımız arasında ünsiyyət platforması olmaq üçün fəaliyyət göstəririk. Siz saytda Facebook, Twitter profillərinizlə şərh qoya bilər və ya bunu qonaq kimi e-poçt ünvanınızı bildirərək edə bilərsiniz. Maraqlı fikirlərinizi, təkliflərinizi, reseptlərinizi və s. bizimlə bölüşmək üçünsə, xahiş edirik bizə [email protected] adresindən yazasınız.
Hamınıza bir daha saytımıza xoş gəldiniz deyirəm.
Reseptlərimizin və məlumatlarımızın hamınız üçün faydalı olması arzusu ilə
Qeyd: Qanunvericiliyə əsasən, kulinar resepti müəllif hüququnun obyekti ola bilməz, lakin ədəbi əsər kimi qorunur.