Ərzaqlar:
Blinçik üçün:
2,5 st süd
1 st un
2-3 ədəd yumurta
1/2 x.q şəkər tozu
1/4 x. q duz
1 x.q bitki yağı
Qızartmaq üçün 5-6 x.q b.yağı
Pambıq
İçlik üçün:
500 q qiymə ciyər
3 baş soğan
2 x.q əridilmiş kərə yağı
Duz
Hazır blinçikləri qızartmaq üçün bitki yağı
Hazırlanması:
Blinçiki hazırlamaq üçün bax: [url=http://resept.az/Blincikin-hazirlanmasi-2161.html]Blinçikin hazırlanması[/url]
Soğanı doğrayırıq.
Soğana yağ və duz töküb qovururuq.
Qovrulmuş soğanın üstünə doğranmış ciyəri əlavə edirik.
Ciyər hazır olana qədər bişiririk.
Soyuduqdan sonra ət maşınından keçiririk.
Hazır blinçiklərin birini götürüb içinə 1 x.q dolu ciyər qovurması qoyub şəkildəki kimi bükürük.
Bükülmüş blinçiklərin yağda hər iki üzünü qızardırıq.
Nuş olsun!