Ərzaqlar:
1 kq feyxoa
1,5 kq şəkər tozu
Hazırlanması:
Feyxoanı təmizləyib yuyuruq. Suyu süzülür.
Sonra feyxoanı ət çəkən maşından keçiririk.
Ət maşından keçirilmiş feyxoaya şəkər tozunu əlavə edib yaxşı qarışdırırıq.
Şəkər tozu tamam əriyəndə mürəbbə hazırdı. Bu mürəbbəni gün ərzində cox qarışdırmaq lazımdır ki, şəkər tozu tamam ərisin. Adətən şəkər tozu 2 günə əriyir. Tam əridikdən sonra mürəbbəni bankalara yığıb soyuducunun aşağı gözündə saxlayırıq.
Nuş olsun!