Ərzaqlar:
Xiyar
Acı bibər
Sarımsaq
Duz
Kərəviz (quru ya da təzə)
Şüyüd (şüyüd başı ya da təzə)
Hazırlanması:
Xiyarları yuyub təmizləyirik.
3 litirlik bankaya 3 diş sarımsaq, 2 balaca şüyüd başı, 3-4 zoğ kərəviz yarpağı, 1/3 acı bibər yığıb üstünə xiyarı yığırıq.
Qazanda su qaynadırıq. Su soyuduqdan sonra duzlu su düzəldib bankaya tökürük. 1 l bankadakı suya 3 x.q duz töküb yaxşı həll edirik. Sonra xiyarın üstünə tökürük. Duzlu suyu xiyarın üstünə çıxana qədər tökürük.
Bankaya duzlu su tökdükdən sonra ağzına qapaq qoyuruq. Bu tutma üçün istəsənəz plastmas ya da ağzı rezbalı qapaqla bağlanan banka götürə bilərsiniz. Yaxşı olar ki plastmas olsun.
3 gün müddətində tez-tez bankanı aşağı-yuxarı edib çalxalayırıq. Suyu bulanacaq. Sonrakı günlərdə suyu durulmağa başlayacaq. Suyu tamam duralanda tutmamız hazirdı, buyurub yeməklərlə yeyə bilərsiniz.
Nuş olsun!