Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

1 st yumru düyü

6 st süd

2 st su

4-5 x.q şəkər tozu

2 x.q əridilmiş kərə yağı

1 ç.q zəfəran

Üstü üçün:

Darçın (zövqə görə)

Hazırlanması:

Zəfəranın üstünə az qaynar su töküb dəm almağa qoyuruq.

Düyünü təmizləyib yuduqdan sonra qazana tökürük. Suyu və südü əlavə edirik. Üstünə yağı və şəkər tozunu da töküb qazın üstündə normal odda bişməyə qoyuruq. Taxta qaşıqla arası kəsilmədən qarışdırırıq. (Bəzən də düyünü əvvəl suda bişirib sonra yerdə qalan ərzaqları əlavə edib axıracan bişirirlər)

Hazır olmağa yaxın zəfəranın suyunu əlavə edirik. Düyüsü tamam bişəndə yayma hazır olur.

Yayma hazır olan kimi qablara töküb süfrəyə verə bilərsiniz. Zövqə görə istəsəniz üstünə darçın səpib yeyə bilərsiniz. (İçinə tökdüyümüz yağı zövqə görə istəsəniz hazır olub qablara çəkiləndə üstünə əridib tökə bilərsiniz.)

Nuş olsun!

Comments

comments