Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
1 kq düyü
500 q sümüksüz qoyun əti
4 ədəd badımcan
1 ədəd pomidor
3 ədəd baş soğan
1 balaca dəstə keşniş
1 balaca dəstə şüyüd
3 x.q əridilmiş kərə yağı
Zəfəran (sarıkök)
Duz
Istiot
Qazmaq üçün:
1 ədəd yumurta
3 x.q qatıq
Hazırlanması:
Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra suya qoyuruq.
Xırda doğranmış ətə duz və istiot vurub qarışdırırıq.
Tavaya yağ töküb qızdırırıq və əti əlavə edib qızardırıq.
Badımcanın qabığını soyun kub şəklində doğrayırıq. Üstünə duz töküb 10-15 dəqiqə saxladıqdan sonra acı suyunu çıxarıb yuyuruq.
Qızardılmış ətin üstünə badımcanı əlavə edib az duz töküb qızardırıq.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Doğranmış soğanı ətin üstünə əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.
Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.
Doğranmış pomidoru qızartmaya əlavə edirik.
Qapağı örtülərək həzin odda hazır olana qədər bişiririk. Hazır olana yaxın xırda doğranmış göyərtiləri əlavə edirik. Zövqə görə yeməyin duz və istiotunu da əlavə edirik. Badımcan qovurmamız hazırdır.
Adi qaydada düyünü suda bişirib süzürük. Düyünün üstünə zəfəran suyu ya da sarıkök səpirik.
Qazana az yağ töküb əridirik. Sonra yumurta ilə qatığı çalıb qazana tökürük. Düyüdən az əlavə edib qarışdırırıq. Qarışığı 1 sm qalınlıqda qazanın dibinə yayırıq.
Qalan düyünü də qazmağın üstünə əlavə edib yağ töküb aşı dəm almağa qoyuruq. Aşımız 1 saata dəm alacaq.
Plovu süfrəyə verərkən qovurmanı ayrıca qoyub düyünü qazmaqla bəzəyib yağ töküb verə bilərsiniz. Ya da düyünü qaba çəkib üstünü qazmaqla və ətli badımcan qovurması ilə bəzəyib yağ töküb süfrəyə verə bilərsiniz.
Nuş olsun!