(İki nəfərlik)
Ərzaqlar:
250 q böyürtkən
200 q qaymaq
2 x.q şəkər kirşanı
1-2 x.q damla şokolad
Hazırlanması:
Böyürtkəni təmizləyib yuyub suyu süzüldükdən sonra qablara yığırıq.
Qaymaq ilə şəkər kirşanını qarışdırırıq.
Qarışığı böyürtkənin üstünə əlavə edirik. Soyuducuya qoyuruq.
Süfrəyə verdikdə şokolad ilə bəzəyirik.
Nuş olsun!