Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
5 st uzun düyü, 500 q xırda doğranmış qoyun əti, 3 ədəd baş soğan, 300 q təmizlənmiş şabalıd, 1/2 (yarım) st sarı kişmiş, 1/3(üçdəbir) st qara kişmiş, 1/2(yarım) st qoz ləpəsi, 6-7 ədəd xurma, 10 ədəd sarı alça turşusu, 5 x.q əridilmiş kərə yağı, 1/2(yarım) x.q zəfəran, duz, istiot
Qazmaq üçün:
3 x.q qatıq, 1 ədəd yumurta
Hazırlanması:
Düyünü 5-6 dəfə yuduqdan sonra suya qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq. Əti xırda doğrayırıq.Ətin üstünə çıxana qədər su töküb qaynamağa başlayanda kəfini yığıb bişməyə qoyuruq.Suyu çəkilib yağa düşəndə duz istiotunu qarışdırıb 3-5 dəqiqə öz yağında qovururuq.Soğanın qabığını soyub doğrayırıq.Soğana yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.Qovrulmuş soğanın üstünə əti əlavə edib 3-5 dəqiqə qovururuq.Kişmişi, qaysını, turşunu, xurmanı təmizləyib yuyuruq. Qasını və xurmanı xırda doğrayırıq.Qoz ləpəsini xırda doğrayırıq.Qoz, xurma, kişmişlər, qaysı və alça turşusunu yağ töküb qovururuq.Təmizlənmiş şabalıdı xırda doğrayırıq.Şabalıdın üstünə az duz səpib yağ töküb qovururuq.Düyünü adi qaydada bişirib süzürük.Üstünə zəfəran suyu tökürük.Qatıq ilə yumurtanı qarışdırırıq.Qazana yağ töküb qızdırırıq. Təmiz düyüdən tökürük və üstünə yumurta qarışığını töküb qarışdırırıq. Qarışığı qazanın dibinə 1 sm qalınlıqda yayırıq.Başqa bir böyük qazanda hazırladığımız qovurmaları süzülmüş düyü ilə qarışdırırıq.Qarışdırdığımız qarışığı qazmağın üstünə tökürüb yağ əlavə edib dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq.Aşı süfrəyə verdikdə düyünü təpəçik şəklində yığıb, yağ töküb və qazmaq qoyuruq.
Nuş olsun!
Plovun hazırlanması, aş, aşqara, qazmaq, düyü, aş dəmləmək, şabalıd, sabalid,