Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:

3 st uzun düyü

500 q qoyun ya da mal əti

4 ədəd baş soğan

4 x.q əridilmiş kərə yağı

400 q albalı (təzə ya da soyuducuda saxlanılmış)

Duz

Istiot

Zəfəran

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Hazırlanması:

Əti xırda doğrayıb duzlu suda bişiririk. Albalının tumunu çıxardırıq. Düyünü yuyub suda islağa qoyuruq.

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Soğanın qabığını soyub yuduqdan sonra iki bölüb nazik doğrayırıq.

Soğana yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Qovrulmuş soğanın üstünə əti töküb qovururuq.

Albalını ət qovurmasının üstünə əlavə edirik. Duz və istiotunu da töküb qarışdırırıq. Suyu çəkilib yağa düşdükdə hazır olacaq.

Adi qaydada düyünü bişirib süzürük. Üstünə zəfəran suyu tökürük.

Qazana az yağ əlavə edib qızdırıb yumurta ilə qatığı töküb qarışdırırıq. Düyüdən də əlavə edib qarışdırıb qazanın dibinə qalınlığı 1 sm olmaqla yayırıq.

Qazmağın üstünə az düyü töküb hazırladığımız albalılı qovurmanı töküb yayırıq.

Qalan düyünü ətin üstünə əlavə edib yağ verib dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.

Plovu qaba çəkib üstünü qazmaq və əti ilə bəzəyib yağ töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments