Ərzaqlar:

500 q çəkilmiş ət
1 ədəd baş soğan
4 x.q suxarı
½ st su
2 x.q duru yağ
1/3 limon suyu
Duz
İstiot
Ç.q ucunda sarıkök
1 ç.q nanə qurusu
Qızartmağa duru yağ

Hazırlanması:

Soğanı təmizləyib yuyub xırda doğrayırıq.

Çəkilmiş ətin üstünə soğanı, suxarını, yağı, limon suyunu, sarıkökü, nanəni və zövqə görə duz və istiotu töküb qarışdırırıq.

Sonra suyu az-az töküb əlimiz ilə yaxşı qarışdırırıq.

Tavaya yağı töküb qızdırırıq.
Ətdən kotletləri düzəldib tavaya yığırıq.

Hər iki tərəfini qızardırıq.

Kotletin yanında zövqə görə kartof qızartması, püresi və s. vermək olar.

Nuş olsun!

Comments

comments