Ərzaqlar:

4 ədəd toyuğun bud dibi
2 st bulğur
1/2 st arpa şəhriyyə
2 x.q əridilmiş kərə yağı
Duz

Hazırlanması:

Bulğuru təmizləyib yuyuruq.
Toyuq ətini təmizləyib yuyuruq. Üstünə su töküb ocaöa qoyuruq tamam bişir. Az du tökürük.
Bişdikdən sonra xırda hissələrə ayırırıq.Sümükdən təmizləyirik.

Yağı qazana töküb ocağa qoyuruq. İstinəndə şəhriyyəni əlavə edirik.

Qızaran kimi üstünə bulğuru töküb qarışdırırıq.

Sonra 4 st qaynar suyu yeməyə əlavə edirik. Zövqə görə duzunu tökürük.
Normal ocaqda bişməyə qoyuruq.

Suyu çəkildikdə toyuq ətini içinə töküb qarışdırıb vam odda 10-15 dəqiqə dəm almağa qoyuruq.

Yemək dəm aldıqda hazır yeməyi süfrəyə veririk.

Nuş olsun!

Comments

comments