Ərzaqlar:

1 ədəd toyuğun döş əti, 2 ədəd kartof, 4 x.q duru yağ, 2 diş sarımsaq, 50 q kaşar ya holland pendiri, duz, istiot

Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra halqa doğrayırıq.
Sarımsağın qabığını soyub yuyub xırda doğrayıb yağla qarışdırırıq.

Kalka kağızını götürüb kartofu düzürük. Üstünə sarımsaqlı yağın yarısını tökürük. Duz istiot səpirik.

Yuyub təmizlənmiş toyuğun döş ətini kartofun üstünə qoyuruq.

Sonra qalan sarımsaqlı yağı üstünə tökürük. Duz və istiot səpirik.

Üstünə pendiri tökürük.

Kağızı bağlayırıq. Başqa bir kağız da götürüb yaxşı örtürük.

180 dərəcə qızmış sobada 1 saata bişiririk.

Nuş olsun!

sobada toyuq, toyuq felesindən yemək, sobada fele, sobada toyuq necə hazırlanır, fərqli toyuq yeməyi

Comments

comments