Ərzaqlar:

500 q toyuğun döş əti

10 ədəd kartof

3 ədəd baş soğan

2 diş sarımsaq

3 x.q mayonez

3-4 x.q duru yağ

Hazırlanması:

Soğan ilə sarımsağın qabığını soyub yuyub doğrayırıq.

Toyuğun döş ətini yuyub doğrayırıq.

Toyuğun doğranmış döş ətinin üstünə duz, istiot və doğradığımız sarımsağı töküb qarışdırırıq.

Qaba az duru yağ töküb toyuğun döş ətini tökürük.

Döş ətinin üstünə soğanı tökürük və üstünə az duz səpirik.

Soğanın üstündən isə kartofun qabığını soyub halqa doğrayıb düzürük.Kartofa da duz və istiot tökürük.

Kartofun üstündən mayonezi yayırıq.

180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Süfrəyə verdikdə zövqə görə istəsəniz keşniş, şüyüd ya da cəfəri doğrayıb tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments