Ərzaqlar:

2,5 st un

200 q kərə yağı

1 st şəkər tozu

6 yumurta

1 paket qabartma qozu

100 q şokolad

Xamalı kakaolu püre üçün:

3 x.q şəkər tozu

3 x.q kakao

50 q kərə yağı

2 x.q xama

Hazırlanması:

Yumuşalmış kərə yağı ilə şəkər tozunu qaşıqla qarışdırırıq.

Yumurtaları əlavə edib qarışdırırıq.

Şokoladı xırda dörd künç doğrayıb əlavə edib qarışdırırıq.

Qabartma tozunu və ələnmiş unu əlavə edib qarışdırırıq.

Qablara kağız qoyuruq ya da kərə yağı ilə yağlayıqır. Xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişiririk.

Kekslər soyuduqdan sonra üstünü ilıq [url=http://resept.az/Xamali-kakaolu-pure-5465.html]Xamalı kakaolu püreyə[/url] batırıb zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments