Ərzaqlar:

500 q toyuğun döş əti
5 ədəd badımcan
4 ədəd pomidor
2 ədəd şirin bibər
3 ədəd baş soğan
3 diş sarımsaq
5 ədəd kartof
100 q sarı pendir
Duz
İstiot
Qızartmaq üçün duru yağ

Hazırlanması:

Tərəvəzləri təmizləyib yuyuruq.
Toyuğun döş ətinini təmizləyib yuyub xırda doğrayırıq.

Əti tavada qızmar yağda bişənədək qovururuq.Zövqə görə duz və istiotunu vururuq.

Kartofu doğrayıb yağda qızardırıq. Zövqə görə duz və istiotunu vururuq.

Badımcanı doğrayıb duzlu suda 15-20 dəqiqə saxlayıb sıxıb yağda qəzardırıq. Duz və istiot səpirik.

Soğanilə sarımsağı doğrayıb yağda qovururuq.

Bibəri doğrayıb soğanın üstünə əlavə edirik 2-3 dəqiqə qarışdırırıq.

Sonra üstünə doğranmış pomidorları əlavə edirik.

Duz və istiot tökürük.Suyu çəkilib yağa düşəndə götürürük.
Soba qabına əvvəlcə toyuq ətini tökürük.

Sonra badımcanı

Sonra kartofu

Sonra isə pomidorlu bibərli soğanı əlavə edirik.

Üstünə pendiri sürtgəcdən keçirib səpirik.

210 dərəcə qızdırılmış sobada az qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments