Ərzaqlar:

250 q hazır qiymə

1 paket (500 q makaron)

1 x.q əridilmiş kərə yağı

4-5 x.q duru yağı

1 st süd

1 x.q təpələmə un

150 q holland pendiri

Duz

Istiot

Hazırlanması:

Qiyməni istədiyiniz kimi hazırlaya bilərsiniz. (500 q çəkilmiş ətə 2 baş soğan, zövqə görə duz ya da istiot vurub qovurub bişiririk. Qiyməyə əlavə olaraq pamidor ya da sarıkök tökə bilərsiniz)

Makaronu adi qaydada duzlu suda bişirib süzürük. Süzülən kimi üstünə duru yağı əlavə edib qarışdırırıq.

Beşamel sosunu düzəltmək üçün yağı tavaya töküb qızdırırıq. Unu əlavə edib 2-3 dəqiqə qovurub sonra südü əlavə edirik. Yenə qarışdırırıq. Duz və istiot səpirik. Az qatılaşan kimi gökürürük.

Pendiri sürtgəcdən keçiririk.

Soba qabına makaronun yarısını tökürük.

Üstünə qiyməni töküb yayırıq.

Qalan makaronu da qiymənin üstünə tokürük.

Sosu əlavə edib yayırıq.

Sosu yaydıqdan sonra pendiri səpirik.

200-dərəcədə qızdırılmış sobada üzü qızılı rəngdə qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments