Ərzaqlar:

6-7 ədəd badımcan
350 q çəkilmiş ət
2 ədəd baş soğan
2 ədəd pomidor
2 x.q əridilmiş kərə yağı
2 diş sarımsaq
Duz
İstiot
Badımcanları qızartmağa duru yağ

Beşamel sos üçün:

1 x.q un
2 st süd
25 q kərə yağı
Duz
İstiot

Üstü üçün:
100 q kaşar pendiri

Hazırlanması:

Badımcanın qabığını soyub iki yerə bölüb nazik doğrayırıq. Üstünə duz səpirik. 20 dəqiqə qalır. Acı suyu çıxdıqdan sonra tavada yağda iki üzünü də qızardırıq.

Qiyməni bişirmək üçün soğan və sarımsağı yağda az duz səpib qovururuq. Sonra əti töküb qovururuq. Duz və istiotunu əlavə edirik. Pomidorun qabığını soyub doğrayıb qiyməyə əlavə edirik. Qarışdıra-qarışdıra qovururuq.
Az su töküb vam odda bişiririk. Tam suyu çəkiləndə qovurub götürürük.

Beşamel sosu hazırlamaq üçün yağda unu qovurub üstünə südü əlavə edib qarışdırırıq. Az duz və istiot da səpirik.

Soba qabını götürüb əvvəlcə badımcanları yığırıq.

Sonra qiyməni tökürük.

Sonra sousu töküb yayırıq.

Onun üstünə də pendiri sürtgəcdən keçirib səpirik.

200 dərəcə qızmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.

Nuş olsun!

Comments

comments