Ərzaqlar:

1 kq xırda doğranmış qoyun əti

4 ədəd pomidor

2 baş soğan

4-5 diş sarımsaq

1 balaca dəstə cəfəri

2 x.q q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Xırda doğranmış əti yuyub təmizləyirik.

Soğan ilə sarımsağın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Cəfərini təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Ətin üstünə pomidoru, soğanı, sarımsağı, cəfərini, yağı, duz və istiotu töküb qarışdırırıq.

Qarışığı qaba tökürük.

200 dərəcədə qızdırılmış sobada suyu çəkilib yağa düşənə qədər bişiririk.

Əğər ət gec bəşən olsa az su əlavə edə bilərsiniz.

Nuş olsun!

Comments

comments