Ərzaqlar:

2 kq-lıq ördək

6-7 ədəd kartof

1 ədəd baş soğan

4-5 x.q zeytun yağı

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuyub xırda doğrayırıq. Ördəyi təmizləyib yuyub sinə hissədən yarıya bölürük. İçini və çölünü zeytun yağı ilə yağlayırıq. Ördəyin içinə soğanı tökürük. Soğanın üstünə duz və istiot töküb qarışdırıb içinə yayırıq. Üstünü də duz və istiotlayırıq.

Kartofun qabığını soyub yuduqdan sonra dörd bölüb duz və istiot səpib qarışdırırıq.

Kartofu ördəyin içinə yığırıq. Soba üçün olan kloka ördəyi yerləşdirib ağzını bağlayırıq. 200 dərəcə qızdırılmış sobada 2 saata bişiririk sonra kloku üst hissədən açıb dərəcəni 210 dərəcəyə qoyub 30 dəqiqə də qızardırıq.

Yeməyimiz hazırdır.

Nuş olsun!

Comments

comments