Ərzaqlar:

2 kq şaftalı
2 kq şəkər tozu
2 stəkan su

Hazırlanması:

Şaftalını təmizləyib yuyuruq.

Qabığını soyub dilimləyirik.

Mürəbbəni bişirəcəyimiz qaba şəkər tozu ilə suyu töküb əridirik.

Sonra doğranmış şaftalını bura əlavə edib qarışdırırıq.

7

Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq.

1 saat qalır.
Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk.

Suyu qatılaşmağa başlayanda götürürük.
Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük.

Qabda tamam soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!

Comments

comments