(iki nəfərlik)

Ərzaqlar:

2 st süd

2 yumurta sarısı

3 x.q şəkər tozu

1 x.q nişasta

1 paket vanil

Hazırlanması:

Yumurtanın sarısını ağından ayırırıq.

Sarısını mikserlə çalırıq.

Şəkər tozunu az-az töküb bərkiyənə qədər çalırıq.

Vanili də əlavə edib çalırıq.

1,5 stəkan südü əlavə edib çalırıq.

0,5 st südə nişastanı əlavə edib qarışdırırıq.

Nişasta qarışığını yumurtalı südə əlavə edib qarışdırırıq.

Qarışığı qazana töküb vam odda qaynadırıq.

Qarışığı dayanmadan qarışdırırıq. Qaynamağa başlayan kimi 3-5 dəqiqə də qarışdırıb götürürük.

Qarışıq soyuyana qədər ara-ara qarışdırırıq.

Qaba töküb ağzını örtüb soyuducunun buzxanasına qoyuruq.30-40 dəqiqə sonra çıxarıb qarışdırb qoyuruq. Yenə 30-40 dəqiqə keçdikdən sonra qarışdırıb qoyuruq.

10-12 saat buzxanada qaldıqdan sonra çıxarıb qaba qoyub zövqə ğörə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments