Ərzaqlar:

500 q xırda doğranmış quzu əti, 100-150 q quyruq, 2 ədəd yuxanın əriştəsi, 3 st düyü, 4 ədəd baş soğan, 4 x.q əridilmiş kərə yağı, duz,  istiot, ½ ç.q sarıkök

Qazmaq üçün:
3 x.q qatıq, 1 ədəd yumurta

Hazırlanması:

Düyünü təmizləyib yuyub duzlu suya qoyuruq.
Əriştəni qovururuq.Soğanı soyduqdan sonra yuyub doğrayırıq.
Yuyulmuş xırda doğranmış quyruğu tavada qızmış yağın içinə töküb qovururuq.Bir az qovurduqdan sonra doğranmış əti əlavə edib yenə qovururuq.Zövqə görə istəsəniz 1 x.q əridilmiş kərə yağı əlavə edə bilərsiniz. Bir az qovurduqdan sonra doğranmış soğanı əlavə edib yenə qovururuq.
Ət bişənədək vam odda bişiririk. Az sarıkök əlavə edirik. Zövqə görə duz və istiotunu əlavə edirik.Düyünü adi qaydada duzlu suda bişiririk. Bişməsinə az qalmış əriştəni də əlavə edib qarışdırıb süzürük.Qazana az yağ töküb qızdırırıq.
Sonra süzülmüş düyüdən 3-4 qaşıq töküb qarışdırıb qazanın dibinə yayırıq.Qalan düyünü də töküb üstünə yağ töküb plovu dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.Düyünü qaba yığıb üstünə ət qovurmanı töküb qazmaq ilə bəzəyirik. Qaynar əridilmiş yağ töküb süfrəyə veririk.
Nuş olsun!

Plov, aş, aş necə dəmlənir, əriştə plovu necə hazırlanır, əriştə, eriste, qovurma, qovurmalı plov.

 

Comments

comments