Ərzaqlar:

500 q toyuğun döş əti
1 paket krem qaymaq
1 st süd
2 ç.q sarıkök
1 x.q un
1 x. q kərə yağı
3 x.q duru yağ
Duz
İstiot

Hazırlanması:

Döş ətini yuyub xırda doğrayırıq.

Tavada öz suyunda 3-5 dəqiqə qarışdırıb bişiririk. Duru yağı əlavə edib qovururuq.

Kərə yağını tavada isidib unu əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Qovrulan kimi üstünə südü əlavə edirik. Tez-tez qarışdırırıq. Sarıkökü, duzu və istiotu səpirik. 2-3 dəqiqə qaynadıb qatılaşana kimi qarışdırırıq.

Qarışığı toyuğun üstünə əlavə edirik. Qaymağı da açıb yeməyə tökürük.
Yeməyin dadına baxıb duzunu zövqə görə əlavə edib vam odda 10 dəqiqə kimi bişiririk.

Bu yeməyin yanında qarabaşaq, düyü, makaron, bulğur və s. süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments