Ərzaqlar:


Xəmir üçün:

1,5 st un
100 q kərə yağı
2 ədəd yumurta
1 paket qabartma tozu
1/3 ç.q duz

İçlik üçün:

200 q kəsmik
100 q sarı bərk pendir
2 ədəd yumurta
1-2 diş sarımsaq
Balaca dəstə şüyüd
1/3 ç.q duz

Hazırlanması:

Xəmiri hazırlamaq üçün: Unu ələyib üstünə duzu və qabartma tozunu əlavə edib qarışdırırıq. Qarışığın üstünə yumşaq kərə yağını əlavə edib ovuruq.
Sonra yumurtaları əlavə edib yumşaq xəmir düzəldirik.

Qaba xəmiri yayırıq. Yan hissələrdən 2 sm hündürlükdə qaldırırıq.Sonra soyuducuya qoyuruq.

İçliyi hazırlayırıq. İçlik olan ləvazimatları dərin bir qaba tökürük. Sarımsağı əzib tökürük.
Pendiri süzgəcdən keçirib tökürük.

Mikserlə tam qarışanadək çalırıq.

Xəmiri soyuducudan çıxarıb içliyi töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Piroqu isti ya da soyuq yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments