(Türk mətbəxi)

Ərzaqlar:

4 ədəd börək yuxası

250 q pendir

Balaca dəstə cəfəri

1/2 st duru yağ

1 st süd

1 ədəd yumurta (Sarısı üstünə çəkmək üçün)

Üstü üçün:

1 ədəd yumurta sarısı

1 x.q çörəkotu

1 x.q küncüt

Hazırlanması:

Pendiri çəngəl ilə əzirik.

Cəfərini təmizləyib yuyub xırda doğrayıb pendirin üstünə töküb qarışdırırıq.

Südü, yağı və yumurta ağını qaba töküb çalırıq.

Yuxaların hamısını 4 yerə bölürük.

Yuxanın birini götürüb süd qarışığını çəkirik. Sonra pendirdən tökürük.

Şəkildəki kimi bükürük.

Bu şəkildə hamısını hazırlayıb soba qabına yığırıq. Qalan süd qarışığını üstünə çəkirik.

Üstünə yumurta çəkib çörəkotu və küncüt səpirik.

180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

 

 

 

Nuş olsun!

 

 

 

Comments

comments