Ərzaqlar:5-6 st uzun düyü, 1 kq xırda doğranmış qoyun ya da mal əti, 3 ədəd baş soğan, 5-6 x.q əridilmiş kərə yağı, 500 q təmizlənmiş şabalıd, 2-3 ədəd nar dənəsi, 3 x.q qatıq, 1 ədəd yumurtq, duz, istiot, zəfəran

Hazırlanması:

Zəfaranın üstünə qaynar su töküb dəm almağa qoyuruq. Narı dənələyirik.Nar gülövşə nar olsa yaxşı olar. Rəngi tünd qırmızı olacaq. Düyünü yuyub islağa qoyduqdan sonra adi qaydada duzlu suda yarı hazır vəziyyətdə bişirib süzürük. Süzülmüş düyünün bir hissəsinə dəmlənmiş zəfəran tökürük. Düyünün bir hissəkinə narın suyunu töküb qarışdırıb tökə də bilərsiniz. Plovu süfrəyə verdikdə düyü üç rəngdə olacaq və plovunuz gözəl dadı ilə qəşəng görünəcək.Süzdükdən sonra başqa bir qazanda az yağ töküb qızdırırıq. Sonra yağın üstünə 3-4 böyük qaşıq düyüdən tökürüb yumurta ilə qatığı çalıb bura əlavə edib yaxşı qarışdırırıq. Qarışığı qazanın dibinə hündürlüyü 1 sm olmaqla yayırıq.Qalan düyünü əlavə edib üstünə yağ töküb vam odda dəm almağa qoyuruq. Qazanın qapağına dəsmal qoyub plovun ağzını örtürük. Plovun qazmağını yuxa və ya yağlı xəmir ilə də edə bilərsiniz. Plov vam odda 1 saata dəm alacaq. (Plov qazanının altına tava, dəmir və. s qoymaq lazımdır ki qazmaq tez yanmasın həm də plov dəm alsın)İndi isə narlı ət qovurmamızı hazırlayırıq. Əti yuduqdan sonra hazır olanadək suda bişiririk. Ətin suyu qaynamağa başlayanda kəfini yığırıq. Duz əlavə edirik.Bişdikdə ocaqdan götürüb kənara qoyuruq. Soğanın qabığını soyub yuyub dörd bölüb nazik doğrayırıq.Doğranmış soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.Soğan qovrulduqdan sonra əti suyundan çıxarıb soğanın üstünə töküb 5-10 dəqiqə yağda qovururuq.Təmizlənmiş şabalıdı tökürük. Zövqə görə duz və istiotuna baxıb tökürük. Dəmlənmiş zəfəran suyunu yeməyə əlavə edirik.Az ətin suyundan əlavə edib vam odda dəm almağa qoyuruq. Suyu çəkilib yağa düşdükdə hazır olacaq. Narlı ət qovurması hazır olduqda dənələnmiş narı yeməyə əlavə edirik.Plovun düyüsünü qaba çəkib üstünə qaynar əridilmiş kərə yağı töküb qazmaqla və nar dənələri ilə bəzəyirik. Qovurmanı plovun yanında ayrıca qabda süfrəyə veririk.

Nuş olsun!

narlı plov necə hazırlanır, narlı aşqara hazırlamaq

 

Comments

comments