Ərzaqlar:


6 ədəd güllaç yarpağı
4 st süd
1 st şəkər tozu
1/3 st gül suyu

Arası və üstü üçün:

Kakos, qoz ləpəsi ya da fıstıq
Üzünü bəzəmək üçün gilas

Mühalləbisi üçün:

1 x. q nişasta
1 x.q un
1 st şəkər tozu
2,5 st süd
1 ədəd limonun qabığı

Hazırlanması:

Əvvəlcə mühalləbini bişiririk. Şəkər tozu, un və nişastanı qaba töküb qarışdırırıq.

Sonra üstünə süd töküb ocaqda qatılaşanadək qarışdırıb bişiririk.

Hazır olanda limonun qabığını sürtgəcdən keçirib içinə töküb qarışdırıb ocaqdan götürürük.

Güllacları islatmaq üçün süd ilə şəkəri qarışdırıb ocağa qoyuruq. Şəkər əriyəndə ocaqdan götürürük. Gözləyirik ilıq olsun.

Güllücları qayçı ilə dörd yerə bölürük.Qaba bir sıra yığıb ilıq süddən tökürük. Kakos və doğranmış qoz ya da fısdıq ləpəsi səpirik.

Yenə bir qat yığırıq. Süd ilə isladırıq. Yenə arasına eyni qayda ilə ləpələrdən səpirik. Bir lay da hazırlayıb sonra ilıq mühalləbini töküb yayırıq.

Üstünə kakos və ləpələrdən tökürük.

Qalan güllacları da eyni qayda ilə üst-üstə yığıb süd ilə isladırıq.Qalan südü üstünə tökürük. Gül suyunu da hər tərəfinə əlavə edirik.
Əlimizlə üstündən yavaş basırıq.

Zövqə görə üstünü ləpələr və gilas ilə bəzəyirik.

Ən azı soyuducuda 2 saat qaldıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments