İri, yumru badimcanin içini çıxartdım. Biraz yumuşalana kimi duzlu suda qaynatdım. Çıxardıb, aşsüzəndə təmiz suyu gedənə kimi saxladım.
Xırda doğranmış soğana duz, istiot, sarıkök vurub, qovurdum. Qozu çəkib, əlavə etdim. Üzərinə, duru turşu qoşub qarışdırdım.
Duru turşuya, xama, duru yağ, az tomat pastası, duz, istiot, sarıkök qoşub qarışdırdım. Bişmiş badımcanların içinə sürtüb, qarışığı doldurdum, sobada bişirdim.

Comments

comments