Bal – arı həyatının və çiçəkli bitkilərin birgə məhsuludur. Arılar onu çiçəklərin nektarını toplamaqla hazırlayırlar. Bal bütün orqanizmə faydalı təsir göstərir. Hətta dietoloqlar da baldan istifadə etməyi məsləhət görürlər. Bəs həqiqi balı necə ayrıd edək? Bunun bir neçə yolu var. Qaşığı ballı boşqaba salın, əgər bal təpə şəklini alacaqsa deməli yaxşı baldır. Əgər bal çökürsə deməli keyfiyyətli deyil. Həqiqi bal qaşıqdan qırılmadan, davamlı şəkildə axır. Təmiz bal qatqısız halda (şəkərsiz, nişastasız və s.) hansı rəngdə olmasından asılı olmayaraq şəffaf olur.
Təmiz balı kimyəvi üsullarla da ayrıd etmək olar. Bir qədər bala az miqdarda distillə olunmuş su tökün və 4-5 damcı yod əlavə edin. Əgər bal göyərirsə deməli ona nişasta qatılıb.
Kristallaşma- yaxşı keyfiyyətli bal olduğunu göstərir .Bu halda heç bir kimyəvi reaksiya getmir, sadəcə artıq şəkər, xüsusilə də qlükoza kristallaşır. Akasiya balı fruktoza ilə zəngindir (şəkərli diabet xəstələri istifadə edə bilərlər), ona görə də uzun müddət kristallaşmır. Onun xoş dadı var, iyi yoxdur. Cökə balı da çətin kristallaşır.
Balı ev şəraitində necə saxlamalı
Ən yaxşısı onu yarım litirlik şüşə bankalarda saxlayın. Nəm və bakteriyalar düşməməsi üçün açıq saxlamayın. Heç bir halda günün altına qoymayın. Balın saxlanması üçün ən yaxşı yer quru, qaranlıq və orta isti yerdir.

Comments

comments