Ərzaqlar:

1 paket siqara börəklik yuxa
4 ədəd suda bişirilmiş kartof
3 ədəd balaca baş soğan
100 q pendir
Duz
İstiot
Qızartmaq üçün duru yağ

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb üstünə az duz səpib 2-3 x.q duru yagdan töküb qızılı rəngdə olanadək qovururuq.

Kartofu əzirik.

Kartofun üstünə sürtgəcdən keçirilmiş pendiri , qovrulmuş soğanı, zövqə görə duz və istiotu töküb qarışdırırıq.

Yuxaların birini götürüb içlik qoyub şəkildəki kimi bükürük. Yuxanın uclarına su vurub yapışdırırıq.

Tavada qızdırılmış yağda hər tərəfini qızardırıq.

Nuş olsun!

Comments

comments