Ərzaqlar:

Xəmir üçün:

1,5 st un

100 q kərə yağı

3 x.q şəkər tozu

1 x.q kakao

1 ədəd yumurta

1 paket qabartma tozu

1 paket vanil

İç üçün:

600 q kəsmik

2/3 st şəkər tozu

4 ədəd yumurta

75 q kərə yağı

3 x.q kartof nişastası

1 x.q dolu kakao

1 paket vanil

1 ədəd limonun qabığı

1 nəlbəki qoz ləpəsi

Hazırlanması:

Əvvəlcə xəmiri düzəldirik. Yumşaq kərə yağı ilə şəkər tozu və vanili qarışdırırıq.

Sonra yumurtanı əlavə edib qarışdırırıq.

Kakaonu əlavə edib qarışdırırıq.

Qabartma tozunu və unu əlavə edib xəmiri düzəldirik.

Xəmiri diametri 25 sm olan qaba yayırıq.

Qoyuruq soyuducuya və içliyimizi hazırlayırıq.

Kəsmiyi çəngəl ilə əzib qarışdırırıq.

Şəkər tozunu və vanili əlavə edib yenə qarışdırırıq.

Yumşalmış yağı əlavə edib qarışdırırıq.

Yumurta sarısını ağından ayırıb sarısını töküb qarışdırırıq.

Nişastanı əlavə edib qarışdırırıq.

Qozu xırda doğrayırıq. Qarışığa qozu əlavə edib yaxşı qarışdırırıq.

Sonra yumurta ağını tamam köpüklənənə qədər mikserlə çalırıq.

Çaldığımız yumurta ağını az-az qarışığa əlavə edib ehtiyatla qarışdırırıq.

Qarışığı iki hissəyə bölüb birinə kakaonu o birinə isə limon qabığını töküb qarışdırırıq.

Qaba yaydığımız xəmirin üstündən əvvəlcə limonlu içliyi töküb yayırıq.

Sonra kakaolu içliyi töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk. Piroq bişdikdən sonra sobanı sondürün 5-10 dəqiqə içində qalsın. İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments