Ərzaqlar:Xəmir üçün:
400 q pəhriz kəsmik, 200 q kərə yağı, 3 st un, 1 paket vanil, 1 paket qabartma tozu

Üstü üçün:
1/2 st şəkər tozu, 1 ədəd yumurta, yaydıqda xəmirin altına səpmək üçün 2 x.q un

Hazırlanması:

Un, vanil, qabartma tozu və yumşaq kərə yağını dərin bir qaba töküb əlimiz ilə ovuruq.Sonra üstünə kəsmiyi əlavə edib xəmiri düzəldirik.Tam qarışıb həll olanadək yoğururuq.Xəmirin altına un səpib qalınlığı 1 sm olmaqla yayırıq. Stəkanın ağzı ilə kəsirik.Bıçaqla altı bərabər yerə kəsirik. Şəkildəki kimi gül formasında bükürük.Hamısını bu şəkildə hazırlayırıq. Sonra yumurtaya batırdıqdan sonra şəkər tozuna batırıb soba qabına düzürük.210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.

Nuş olsun!

gül kurabiyə necə hazırlanır, gül peçenye hazırlamaq, peçenye necə hazırlanır

Comments

comments