Ərzaqlar:

4 ədəd börək yuxası

4 orta dəstə ispanaq

2 ədəd baş soğan

1 st süd

1/2 st zeytun yağı

150-200 q pendir

1x.q çörəkotu

1 ədəd yumurta

Duz

Istiot

Hazırlanması:

İspanağı təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.

Zeytun yağından 3- x.q əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Doğradığımız ispanağı soğanın üstünə əlavə edirik. Zövqə görə duz və istiotunu da tökürük.

İspanağı da 10-15 dəq qovurub götürürük. Qoyuruq soyuyur. Pendiri əzirik.

Süd ilə yağı qarışdırırıq. Yuxaları bir-bir sərib süd ilə yağ qarışığı çəkirik. Dörd yüxanı üst-üstə bu qayda ilə isladırıq.

İslanmış yuxanı dörd yerə bölürük.Hər bir yuxanın enli tərəfinə əzilmiş pendir səpib ispanaq qovurmasından qoyuruq.

Hər bir yuxanın qatını götürüb bükürük.Bu qayda ilə bütün kəsilmiş yuxalara içlik qoyub bükürük.

Bükülmüş börəkləri qaba kağız sərib yığırıq.

Börəklərin üzünə yumurta çəkib çörəkotu səpirik.

210-220 dərəcədə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.

Börəklərimiz hazırdır.

Nuş olsun!

Comments

comments