Ərzaqlar:

Xəmir üçün:

3,5 st un

200 q kərə yağı

200 q xama

1 x.q sirkə

1 ç.q soda

İstəsəniz xəmirə ç.q ucunda duz tökə bilərsiniz.

Üzünə çəkmək üçün:

1 ədəd yumurta

İç üçün:

2 st un

1,5 st şəkər tozu

100-125q kərə yağı

1 paket vanil

Hazırlanması:

Əvvəlcə un ilə kərə yağını ovuruq.

Sonra xamanı əlavə edib qarışdırırıq.

Sirkə ilə sodanı qarışdırıb tökürük. Sonra əlimizlə yumşaq xəmir düzəldirik.

Xəmiri bir kənara qoyub içliyimizi hazırlayırıq.

Un ilə yağı ovuruq.

Şəkər tozunu və vanili əlavə edib qarışdırırıq. İçliyimiz hazırdır.

Xəmiri 4 yerə bolüb kündəliyirik.

Xəmirin birini oval formada 2-3 mm qalınlıqda yayırıq.

İçlikdən töküb yayırıq.

Xəmiri istəsəniz oxlovla ya da əllə bükə blərsiniz.Əllə enli tərəfdə bükürük. Uclarını bərkidirik.

Ağzı dilikli bıçaqla romb şəklində kəsirik.

Bütün kündələri bu şəkildə hazırlayırıq. Qaba kağız sərib yığırıq. Üzünə yumurta çəkirik.

200-220 dəqəcə qızdırılmış sobada üzü qızaranadək (20-25 dəqiqəyə) bişiririk.

Zövqə görə isti ya da soyuq yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments