Ərzaqlar:

500 q qoyun ya da mal əti

1 baş soğan

3 x.q əridilmiş kərə yağı

1 ədəd heyva (150 q)

Duz

Istiot

Hazırlanması:

Yuyulmuş əti yağda qovururuq.

Üstünə su töküb 1 saat bişməyə qoyuruq.

Soğanın qabığını soyub dörd bölüb nazik doğrayırıq.

Soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Heyvanı təmizləyib yuyub dilimləyirik. Dilimləri iki bölürük.

Soğanı ətin üstünə tökürük.

Heyva dilimlərini də əlavə edirik. Duz və istiot töküb hazır olanadək bişiririk. Ət bişdikdə suyu çəkilib yağa düşdükdə yeməyimiz hazır olacaq.

Yeməyi qaba yığıb süfrəyə veririk. Zövqə görə istəsəniz üstünə cəfəri ilə şüyüd doğrayıb tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments