(Zəngilan mətbəxi)

Ərzaqlar:


4 st düyü
1 kq toyuq əti
350 q gilənar
2 ədəd baş soğan
4-5 x.q əridilmiş kərə yağı

Hazırlanması:

Düyünü yuyub ilıq duzlu suda qoyuruq.Gilənarı tumundan təmizləyirik.

Toyuğu təmizləyib yuyub, duzlayırıq.

Qazanın dibinə yığırıq.

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

Soğanın üstünə duz səpib, əlimiz ilə sıxıb acı suyunu çıxarırıq.

Qazana toyuq ətinin üstünə yağ əlavə edib, soğanı səpirik.

Gilənarı tökürük.

Düyünü adi qaydada bişirib süzürük.

Süzülmüş düyünü gilənarın üstünə tökürük. Yağ əlavə edib, plovu vam odda dəm almağa qoyuruq.

Plov 1-1,5 saata dəm alacaq. Arada yoxlamaq lazımdır ki, ət yanmasın.
Plov dəm aldıqda qaba təpəcik şəklində yığıb üstünü ət ilə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments